AZ

Bu vəziyyət ölkədə ciddi narazılıq yaradıb KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Hindistanın Mumbay şəhərində ictimai yerlərdə göyərçinlərin qidalanmasına qoyulan qadağa ölkədə ciddi narazılıq yaradıb. Qərar bələdiyyə məmurlarını, ictimai səhiyyə müdafiəçilərini və quş həvəskarlarını üz-üzə gətirib.

KONKRET.az xəbər verir ki, son həftələrdə yüzlərlə insan göyərçin yemləmə yerlərinin bağlanmasına etiraz edərək polis qüvvələri ilə toqquşub. Fəallar aclıq aksiyası keçirmək hədəsi ilə çıxış ediblər və indiyədək təxminən 15 nəfər saxlanılıb.

Qadağanın əsas səbəbi göyərçinlərin yaratdığı sağlamlıq riskləri ilə bağlıdır. Mütəxəssislər onların nəcislərinin sətəlcəm, göbələk infeksiyaları və xroniki tənəffüs problemlərinə yol aça biləcəyini bildirirlər. 2023-cü ildə yayımlanan “Hindistanın Quşlarının Vəziyyəti” hesabatına görə, hər bir göyərçin ildə 15 kiloqrama qədər nəcis buraxa bilir.

Məsələ son illərdə baş verən faciəli hadisələrlə də əlaqələndirilir. Dehlidə bir uşağın göyərçin zibillərinin yaratdığı ağır infeksiya səbəbindən ölməsi qadağanın tətbiqinə təkan verən səbəblərdən biri kimi qeyd olunur.

Hazırda məsələ həm ictimai sağlamlıq, həm də dini və mədəni dəyərlər arasında mübahisəyə çevrilib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
50
konkret.az

10Mənbələr