AZ

İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişdi

"Biz Qafqazda transregional aktorların mövcudluğuna həssas yanaşırıq".

Hurriyyet.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

Diplomat Zəngəzur dəhlizi ətrafında son razılaşmalarla bağlı Ermənistandan izahat alındığını bildirib: "Biz çox açıq şəkildə bildirdik ki, transregional aktorların mövcudluğuna həssas yanaşırıq və bunu Ermənistandakı dostlarımıza çox aydın şəkildə çatdırdıq və onların izahatlarını eşitdik. Bizə bildirilib ki, Ermənistan qanunlarına uyğun olaraq şirkət qeydiyyatdan keçəcək. 

İki ölkənin bəyanatında ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı vurğulanır. Bizim üçün blokadanın götürülməsi beynəlxalq səviyyədə tanınmış sərhədləri pozmamalı və Ermənistanın milli suverenliyinə zidd olmamalıdır. Biz vəziyyəti yaxından izləyirik və narahatlığı bildirmək lazım olduğunu düşünsək, bunu edəcəyik".

unikal.az

Seçilən
41
32
hurriyyet.az

10Mənbələr