AZ

Ağdamda yanğın törədən şəxs saxlanıldı

Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, polis əməkdaşlarının apardığı araşdırmalarla yanğını kənd sakini, 48 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
45
50
operativmm.az

10Mənbələr