AZ

Zelenski Vaşinqtonda Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kellogla Vaşinqtonda görüş keçirib. Söhbət Ağ Evdə Tramp ilə planlaşdırılan danışıqlardan öncə aparılan ilkin müzakirə xarakteri daşıyıb.

“Görüşə və komandamızla birgə işə görə təşəkkür edirəm. Prezident Tramp bu gün Ukrayna və digər Avropa ölkələrini Vaşinqtona dəvət edib. İlk dəfədir ki, bu cür formatda görüş keçirilir və bu, çox önəmlidir”, – Zelenski özünün Telegram hesabında qeyd edib.

Dövlət başçısı bildirib ki, Avropanın bir ölkəsində sülh məsələsi bütün qitəni maraqlandırır. Onun sözlərinə görə, Kiyev müharibəyə son qoymaq və etibarlı təhlükəsizlik zəmanətləri yaratmaq üçün maksimal dərəcədə məhsuldar işləməyə hazırdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
63
50
editor.az

10Mənbələr