AZ

Nalayiq hərəkətlər edən əcnəbilər barədə qərar verildi

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
50
metbuat.az

10Mənbələr