AZ

Antimilli ünsürlərin qaranlıq fəaliyyətləri Azərbaycanın uğurlarını qəbul etmələrinə böyük maneədir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan beş ildir tarixi Zəfərimizin reallıqlarını yaşayır.2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizölkəmizin malik olduğu imkanların, ən əsası ədalətin və beynəlxalqhüququn kimin tərəfində olduğunun təsdiqi kimi dəyərləndirildi. 30il dünya güclərinin ikili standartlara əsaslanan siyasətininnəticəsi olaraq maraqların arxasında dayanan ədalət və beynəlxalqhüquq bərpa olundu. Bunu Azərbaycan özü həll etdi. 44 gündə 30 ilinişğalına son qoymaq, hər günü tarixə zəfər kimi yazmaq Azərbaycanındöyüş meydanında və informasiya məkanında üstünlüyünü dünyayanümayiş etdirdi. Bu tarixi Zəfərin reallıqları əsasında Azərbaycanregionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçünErmənistana sülh təklifini etdi. Son beş ildə sülh müqaviləsininimzalanması istiqamətində Azərbaycanın üzərinə götürdüyü bütünöhdəlikləri yerinə yetirdiyi diqqətdən kənarda qalmadı. Görünən buidi ki, Ermənistanın 30 illik işğal dövründə himayədarlarındanasılılığı postmünaqişə dövründə də davam etdi. ErmənistanAzərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtivaedən sülh təklifini dəstəkləməklə sülh müqaviləsinin imzalanmasındamaraqlı olduğunu təsdiqlədiyi halda himayədarlarının qeyri-ciddifikirləri, əsassız təbliğatları bu prosesin uzanmasınışərtləndirdi. Ölkəmizin qarşı tərəfə irəli sürdüyü ikişərtin-Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi vəATƏT-in Minsk qrupunun ləğvi reallaşarsa, sülh müqaviləsininimzalanması prosesi qaçılmaz olacaq. Artıq dövlət başçısı İlhamƏliyevin tarixə Vaşinqton zirvəsi kimi yazılan ABŞ-a işgüzar səfəriçərçivəsində həmin şərtlərdən birinin - ATƏT-in Minsk qrupununləğvi ilə bağlı sənəd imzalandı. Səfər çərçivəsində əldə olunantarixi sülh razılaşması, imzalanan sənədlər Cənubi Qafqazregionunun gələcəyi ilə bağlı aydın təsəvvür yaradır. Azərbaycandövlətinin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilənVaşinqton zirvəsi dayanıqlı sülhün və təhlükəsizliyin təminatındaəhəmiyyətli rolu ilə ölkə və dünya mətbuatında geniş şərh olunur.Azərbaycanın ədalət və beynəlxalq hüquqa söykənən müstəqil siyasətibu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın bütünsahələrdə yeni çağırışlara uyğun olaraq davamlı inkişafına genişimkanlar açır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artanrolu, söz sahibliyi qürurvericidir.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın uğurlarını həzm edəbilməyən antimilli ünsürlər bu gün də siyasi qısqanclıq hissləriniqabarıq şəkildə büruzə verirlər. Görəsən, Prezident İlham ƏliyevinABŞ səfəri həmin ünsürləri niyə bu qədər narahat etdi? TarixiZəfərimizə qədər hazırda tarixə qovuşan Qarabağ münaqişəsindən özmaraqlarını həyata keçirmək, ictimai fikirdə çaşqınlıq yaratmaqüçün bir vasitə kimi bəhrələnən bədxahlar belə rəy yaratmağaçalışırdılar ki, guya hakimiyyət problemin həllində maraqlı deyil,keçmiş məcburi köçkünlərə şərait yaratmaqla onlara bu problemi,torpaqlarımızı unutdurmağa çalışır. Amma dövlət başçısı İlhamƏliyevin bəyanatlarına diqqət yetirsək görərik ki, hər zaman buçağırış edilirdi ki, xalqımız işğalla heç zaman barışmayacaq. Birqarış torpağımız belə düşmənə verilməyəcək. Keçmiş məcburiköçkünlərlə görüşlərdə isə bu inam ifadə olunurdu ki, onlar üçünyaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə özhəllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, buməkanlar cənnətə çevriləcək. Müzəffər Ali Baş Komandan, dövlətbaşçısı İlham Əliyev bu vədi verdi və reallığa çevirdi. Diqqətyetirsək tarixi Zəfərə imza atanda artıq keçmiş münaqişədən özçirkin maraqları üçün istifadə edə bilməyəcəklərini görən antimilliünsürlər narahatlıqlarını gizlətmədilər. Diqqət yetirsək həmindövrdə 50-dən artıq siyasi partiya Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevə dəstəklərini birgə bəyanat imzalamaqlatəsdiqlədilər. Lakin kərimov əlilər, “milli şura”çılar,müsavatçılar bu bəyanata qoşulmayaraq tarixi Zəfərimizəsevinmədiklərini nümayiş etdirdilər. Torpaqlarımızın işğal altındaolduğu dövrdə ermənilərlə və ermənipərəst dairələrlə işbirliyindəolan kərimov əlilərin cızdıqları ssenarilərin alt-üst olması onlarınarahat etməyə bilməzdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkə ictimaiyyəti də bilir ki, bugün dövlətə və xalqa düşmən mövqedə dayanan Kərimov Əli vəkomandası 2009-2012-ci illər ərzində Avropa və ABŞ institutlarındanaldığı milyonlarla qrant vəsaitlərinə qarşılıq olaraq hakimiyyətəgələcəkləri təqdirdə işğal altında olan torpaqları ermənilərəbəxşiş verəcəklərini bildirmişdilər. Kərimov Əli ilə eyni masanıbölüşən, “Milli Şura” adlı qondarma qurumda birgə yer alarkənMüsavat Partiyasının başqanı hakimiyyətə gəlmək üçün torpaqlarımızıErmənistana bağışlamağa belə razılaşmışdılar. AXCP-Müsavatınfəlsəfəsində satqınlıq mayası əvvəldən var. Şuşanın, Laçının,Kəlbəcərin işğal altına düşməsində birbaşa AXC-Müsavattör-töküntülərinin əlinin olması fakt deyilmi? Yaxud bu həminKərimov Əli 1992-ci ilin may ayında Qərb dövlətlərinə məktubyazaraq hakimiyyətə gəlmələrinə dəstək olması barədə yalvarmırdımı?Hakimiyyəti silahla ələ keçirən Kərimov Əli kimilər elə özlərininyaratdıqları saxta “Milli Qəhrəmanlar” vasitəsilə də hakimiyyətdənqovulmadılarmı? Surət Hüseynovun dar ağacından qurtulmaq, xilasolmaq üçün Ulu Öndər Heydər Əliyevə sığınanlar AXC-Müsavattör-töküntüləri deyildimi?

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin “Hərkəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdənqurtaran kimdir” çağırışı qaranlıq keçmişləri özlərinə “sirr”,xalqa isə yaxşı məlum olan antimilli ünsürlərə cavabdır. Bu gün birillik hakimiyyətləri dövründə Azərbaycanın müstəqilliyini, birdövlət kimi varlığını təhlükə altında qoyan AXC-Müsavat cütlüyününtəmsilçiləri 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdan Ulu Öndər Heydər Əliyevin bu günümüzə və gələcəyimizəxidmət edən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurladavam etdirilməsinin nəticəsində ölkəmizin uğurdan uğura, Zəfərdənzəfərə doğru addımlamasının şahidinə çevrilir və bundan qısqanclıqhissini gizlədə bilmirlər. Bu gün Böyük Qayıdış Proqramının uğurluicrası nəticəsində sakinlərinə qovuşan yaşayış məntəqələrimizinsayı 20-ni keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidövrə qədəm qoyan Azərbaycan yeni çağırışları yüksək səviyyədəcavablandırmaqla regionda və dünya siyasətində yeniliklərə imzaatır. Azərbaycanın yeni dünya nizamının formalaşmasına davamlıtöhfələri beynəlxalq səviyyədə təqdir edilir. Buna əsas verənədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, “sapı özümüzdən olan baltalar”ınreallıqlarla barışmamaq səbəblərindən biri də xaricihimayədarlarının maddi dəstəklərindən məhrum olmalarıdır. Buünsürlərin demokratiya, insan hüquqları bəhanəsi ilə müxtəlifsəfirliklərdən, donor təşkilatlarından yalvararaq aldıqları maliyyəkəsilmək üzrədir. Kərimov Əlinin Fransa Beynəlxalq Radiosunamüsahibəsində ölkəmizin əleyhinə apardığı təbliğat, qondarma“siyasi məhbus” məsələsini qabartması da bununla bağlıdır. Sülhsazişinin əsas prinsiplərinin müəllifinin Azərbaycan olduğunudeməyə cəsarəti çatmayan, Bayden-Blinken administrasiyasınıtərifləyən bu üzdəniraq dövlətimizin uğurlarına qısqanclığınıgizlədə bilmir.

Azərbaycanın demokratik dəyərlərə sözdə deyil, əməldə sadiqliyibeynəlxalq səviyyədə təqdir edilir. Ötən il müstəqillik tariximizdəilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident vəparlament, bu il isə bələdiyyə seçkiləri Azərbaycanın demokratikinkişafına növbəti parlaq səhifələri yazdı. İnsan hüquqlarınınqorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azadmətbuatın inkişafı dövlətin siyasətində prioritet məsələlərdir.Yeni “Siyasi partiyalar haqqında”, “Media haqqında” Qanunlarınqəbulu da özündə mühüm məqamları ehtiva edir.

Millət vəkili bütün “fəaliyyətləri” boyu Azərbaycanın uğurlarınıhəzm edə bilməyən, daim ölkəmizin demokratik inkişafına,hakimiyyətin atdığı addımlara kölgə salmağa çalışan bədxahların,düşmən dəyirmanına su tökənlərin keçmişinə, dünəninə və bu gününəbaxışı əsasında hazırkı narahatlıqlarının səbəblərini bir dahaictimaiyyətə açıqlayıb. Bu ünsürlər illərdir unudurlar ki, xalqadeyil, xarici dairələrə arxalanıb onlardan dəstək umanların taleyibelə olmalıdır. İllərdir siyasi səhnədə küncdə yer aldıqları halda,“bəlkə dirildik” prinsipinə söykənərək gündə bir qeyri-ciddifikirlə gündəmdə olmağa, varlıqları barədə təsəvvür yaratmağaçalışsalar da, bunun mümkünsüzlüyünün fərqindədirlər.

Məqalədə:
Seçilən
66
50
az.trend.az

10Mənbələr