AZ

Romelu Lukaku zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalacaq

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Napoli" klubunun belçikalı hücumçusu Romelu Lukaku məşqlərdən birində aldığı zədə səbəbilə ən azı üç ay yaşıl meydanlardan kənarda qalacaq.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mənbənin sözlərinə görə, tibbi yoxlamalar nəticəsində futbolçunun əzələsində ciddi problem aşkarlanıb və onun uzun müddət komandaya kömək edə bilməyəcəyi dəqiqləşib.

Bu səbəbdən rəhbərlik yeni hücumçu transferinə ehtiyac duyur.

İtaliya mətbuatının məlumatına görə, "Napoli" artıq bir neçə namizədi nəzərdən keçirir. Klub heyətinə təcrübəli hücumçu qatmağı planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
oxu.az

7Mənbələr