Aİ ABŞ-la danışıqların nəticələrinə dair sammit keçirəcək
Avropa İttifaqına (Aİ) üzv dövlətlər ABŞ-la Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlardan sonra onlayn sammit keçirəcək. Bu barədə X sosial şəbəkəsindəki səhifəsində Avropa Şurasının rəhbəri Antonio Kosta məlumat verib.
“Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam”, - deyə rəsmi bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl Avropa ölkələrinin rəhbərləri ilə görüşdüyü bildirilirdi.
aia.az
Tərcümə şöbəsi