AZ

Tramp: “Ukraynada atəşkəs artıq lazım deyil” - VİDEO

“Ukraynada atəşkəs artıq lazım deyil. Burada davamlı sülhə nail olmaq mümkündür”

Bizim.Media xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə Zelenski ilə görüşündə bildirib.

O, əlavə edib ki, Ukrayna ilə bağlı sülh sazişi döyüşlər davam edərkən danışıqlar aparıla bilər.

Tramp qeyd edib ki, onun həllinə kömək etdiyi digər münaqişələr də atəşkəs olmadan həll olunub:

“Biz Ukrayna ilə işləyəcəyik, hamı ilə işləyəcəyik və əmin olacağıq ki, sülh olsa, bu, uzun müddət davam edəcək... Biz iki illik sülhdən danışmırıq, ondan sonra yenə özümüzü bu qarışıqlıqda görəcəyik”.


Bizim.Media

Seçilən
2
50
bizim.media

10Mənbələr