AZ

Tramp bu gün Putinə zəng edəcək

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağ Evdəki görüş zamanı Trampdan cümə günü Putinlə apardığı müzakirələrdə onu məyus edən məqam olub olmadığı barədə sual veriblər.

ABŞ prezidenti bildirib ki, o, "indi birbaşa deyil, dolayı yolla" Putinlə danışıb və bugünkü görüşlərindən "dərhal sonra" onunla telefon danışığı aparacaq.

Tramp əlavə edib ki, onlar üçtərəfli görüş keçirə də, keçirməyə də bilərlər. Əgər görüş olmasa, döyüşlər davam edəcək. Əgər baş tutsa, Trampın sözlərinə görə, "bəlkə də müharibəni bitirmək üçün yaxşı şans" yaranacaq.

"Bu görüşü bitirən kimi mənim zəngimi gözləyir," - deyə Tramp bildirib.

Bundan sonra Tramp mətbuat nümayəndələrinə təşəkkür edib və jurnalistlər otaqdan çıxarılıb.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
50
news.milli.az

10Mənbələr