AZ

Qonşunun evini suya basdı, baş verənləri təbii hal adlandırdıVİDEO

Sakinin evini su basdı, hadisəyə səbəbkar olan üst qonşu isə bunu təbii hal adlandırdı...

Xezerxeber.az xəbər verir 5 mkr-da, Asif Məhərrəmov 60 ünvanında yaşayan Mirzə Əskərov iddia edir ki, yuxarı mərtəbədəki su xəttində yaranan problem səbəbindən evini su basıb. Nəticədə mənzilin işıq xətləri, əşyalar, divarlar və tavan yarasız vəziyyətə düşüb.

Şikayətçinin sözlərinə görə, bu ilk belə hadisə deyil. Təxminən 1 il əvvəl də bu cür hadisə baş verib. Həmin vaxt ev sahibi təmir xərcinin bir hissədini qarşılayıb.

Bu dəfə isə Mirzə Əskərovun əsas tələbi problemin təkrarlanmaması üçün onu yaradan səbəbin aradan qaldırılması və dəyən ziyanın tam qarşılanmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
12
xezerxeber.az

10Mənbələr