AZ

Tramp: Ukraynada sülh razılaşması döyüşlər davam edərkən də mümkündür

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olmaq üçün əvvəlcədən atəşkəsin elan olunması vacib deyil.

Editor.az xəbər verir ki, bu barədə Clash Report məlumat yayıb.

Tramp qeyd edib: «Mən düşünmürəm ki, bizə atəşkəsi lazımdır. Təbii ki, bu yaxşı olardı, çünki insanlar ölməyi dayandırardı, amma indi biz uzunmüddətli sülh üzərində çalışırıq».

Prezident əlavə edib ki, digər konfliktlərdə, həllində iştirak etdiyi sülh prosesləri də əvvəlcədən atəşkəs olmadan nəticələnib.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
50
editor.az

10Mənbələr