Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün hazırlanmasına başlanılıb.
APA xəbər verir ki, bunu ABŞ Donald Tramp özünün "Truth Social" hesabında yazıb.
"Mən Prezident Putinə zəng etdim, onunla Zelenski arasında görüşün təşkilinə başlanılıb. Görüşün yeri hələ müəyyən edilməyib. Bu görüş baş tutduqdan sonra isə üçtərəfli danışıqlar keçiriləcək", - Ağ Ev rəhbəri vurğulayıb.