AZ

Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp danışıqlarda iştirak edən “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarını” müzakirə ediblər.

ABŞ Prezidenti də öz növbəsində Ukrayna və Rusiya liderləri arasında görüşə hazırlıq barədə məlumat verib.

Seçilən
20
7
report.az

9Mənbələr