AZ

Gəncədə ağır qəza: III MDB Oyunlarının meneceri öldü

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, şəhərin 1-ci mikrorayonu, Vaqif küçəsi ilə hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış “Chevrolet” və “Mercedes” markalı maşınlara çırpılıb.

Zərbənin təsirindən “Toyota” yol kənarına aşıb.

Qəza zamanı “Toyota”nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
119
7
globalinfo.az

9Mənbələr