AZ

Avtomobillə qəsdən adam öldürən sürücüSAXLANILDI

Zəngilanda polis avtomobillə qəsdən adam vurub öldürən sürücünü saxlayıb.

Redaktor.az ''Report''a istinadən xəbər verir ki, avqustun 18-də rayonun Ağalı kəndində yerli sakin, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Seçilən
17
17
redaktor.az

10Mənbələr