AZ

Beyləqanda ƏMƏLİYYAT: 16 kiloqram marixuana və həşiş aşkarlandı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb.

Onun üzərində kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında həmin şəxsin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kiloqramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Seçilən
12
9
editor.az

10Mənbələr