AZ

Klublararası dünya çempionatı: Turnirin reqlamenti dəyişdiriləcək

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

İngiltərənin nüfuzlu "The Guardian" nəşri FİFA Klublarası dünya çempionatının iki ildən bir keçiriləcəyinə dair məlumat yayıb.

Sportal.az xəbər verir ki, bu qərarın 2029-cu ildən qüvvəyə minəcəyi və turnirdə iştirak edəcək klub sayının 32-dən 48-ə qədər artırılması düşünülür.

İyunun 15-dən iyulun 13-dək ABŞ-də təşkil olunmuş yarışın son qalibi "Çelsi" olub. "Zadəganlar" həlledici matçda UEFA Çempionlar Liqasının qalibi PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

Mundialda Avropa qitəsindən (UEFA) 12, Cənubi Amerikadan (CONMEBOL) 6, Şimali və Mərkəzi Amerikadan (CONCACAF) 4 klub, Afrika (CAF) və Asiyadan (AFC) isə hərəyə 4 klub iştirak edəcək.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
sportal.az

4Mənbələr