AZ

Yeniyetmə süni göldə boğularaq öldü

LƏNKƏRAN, 19 avqust. TELEQRAF

Lənkəranda yeniyetmə süni göldə boğularaq ölüb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, Lənkəran rayonunun Tükəvilə kəndində faciəvi hadisə baş verib.

Məlumata görə, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq nəticəsində ayağı sürüşərək suya düşüb. Göldə suyun səviyyəsi hündür olduğundan o, boğularaq həyatını itirib.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salınıb və bundan sonra yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
46
8
teleqraf.com

10Mənbələr