Bakıda avtoyuma mənqəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
News24.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, avqustun 18-i saat 23 radələrində Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Seymur Arif oğlu Həsənov işlədiyi avtoyuma məntəqəsində işləyən zaman ehtiyatsızlıqdan elektrik cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aqil Qarayev