AZ

Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?

Qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir zamanda ölkələr strateji ehtiyatlarını, xüsusilə də qızıl ehtiyatlarını artırmaqda davam edirlər.
 
Moderator.az xəbər verir ki, 2025-ci ilin əvvəlində dünyanın ən çox qızıl ehtiyatına malik ölkələrinin siyahısı açıqlanıb. Siyahıya ABŞ başçılıq edir. ABŞ-in hazırda 8133 ton qızıl ehtiyatı var.
 
Ən çox ehtiyata malik digər ölkələr bunlardır:
 
Almaniya - 3351 ton, İtaliya - 2451 ton, Fransa - 2437 ton, Rusiya - 2330 ton , Çin - 2292 ton , İsveçrə - 1040 ton, Hindistan - 880 ton, Yaponiya - 846 ton, Türkiyə - 624 ton təşkil edir.
 
Azərbaycan isə 165 ton qızıl ehtiyatı ilə siyahıda 26-cı pillədə qərarlaşıb.
 
Bu göstəricilər qlobal bazarlarda qeyri-sabitlik fonunda ölkələrin qızıla olan marağının artdığını və qızılın hələ də etibarlı investisiya vasitəsi kimi qəbul edildiyini göstərir.
 
Seçilən
42
6
moderator.az

7Mənbələr