AZ

Azərbaycan Ukraynaya silah satsın satmasın? Rasim Musabəyov təklikdə qalıb

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Rusiya bilərəkdən SOCAR-ın obyektlərinə hücum edir”.

Bunu “Yeni Sabah”a deputat Elman Məmmədov deyib.

O, Rusiyanın Azərbaycana qarşı münasibətini kəskin şəkildə tənqid edib: Pepperoni pizza

“Rusiya enerji təminatı və silah-sursat təchizatı ilə bağlı obyektləri vurduğunu bildirir. Amma demir ki, SOCAR-a məxsus bazalarını hədəfə alır. Həm də bu, ilk dəfə deyil. SOCAR-ın Ukraynadakı obyektlərinə hücum bilərəkdən edilir”.

Elman Məmmədov həmkarı Rasim Musabəyovun Ukraynaya silah satışına embarqonu ləğvetmə çağırışına birmənalı rəy bildirməyib:

“Ukraynanın silah-sursat təchizatçıları qat-qat yaxşıdır. Azərbaycan müstəqil dövlətdir və heç bir embarqoya məruz qalmamalıdır. Çünki heç kim Rusiyadan soruşmur ki, Çindən, Koreyadan hansı təchizatlar alır. Ancaq Azərbaycan Ukraynaya bu günə qədər hərbi xarakterli heç bir kömək etməyib. Yalnız humanitar yardımlar olub, Ukraynada zərər çəkən uşaqları ölkəmizə gətirib onların qayğısına qalmışıq”.

Milli Məclis üzvü Azərbaycanın heç vaxt müharibə tərəfdarı olmadığını xüsusi vurğulayıb:

“Heç bir dövlətin silahlanma məsələsinə qarışmırıq. Azərbaycan yalnız sülhsevər dövlət kimi Ukrayna xalqına yardım göstərib. Çünki 30 il işğalla üzləşmişik. Ona görə Ukraynaya və digər müharibədən əziyyət çəkən xalqlara yardım göstəririk, dostluq əlimizi uzadırıq”.

Xatırladaq ki, Milli Məclis üzvü Rasim Musabəyov 2 dəfə rəsmi Kiyevə silah embarqosunu ləğv etməyə çağırış edib. Lakin hələlik o bu rəydə olan yeganə deputatdır.

Rəvan Rzazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
yenisabah.az

2Mənbələr