AZ

Şəmkirdə açıq ərazidə yanğın başlayıb

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Kür çayının sahilində, Bayramlı kəndi ərazisində açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Seçilən
10
7
apa.az

8Mənbələr