AZ

Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır

Baş Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır.

APA-nın əldə etdiyi məlumata görə, “Dost Estetik Mərkəzi”n Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən görüntülərlə bağlı Baş Prokurorluqda araşdırma başlanılıb.

Qeyd edək ki, bu gün sosial şəbəkədə “Dost Estetik Mərkəzi”n Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən liposaksiya əməliyyatının görüntüləri yayılıb.

İddialara görə, əməliyyatı icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub.

Faktla bağlı ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində də araşdırma aparıldığı açıqlanıb.

Seçilən
50
8
apa.az

9Mənbələr