Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün final oyununun keçiriləcəyi tarix müəyyənləşib.
Arena.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının (PFL) açıqladığı geniş təqvimdə öz əksini tapıb.
Belə ki, həlledici qarşılaşmanın mayın 13-də baş tutacağı qeyd edilib.
Xatırladaq ki, ötən mövsüm Azərbaycan Kubokunun sahibi “Sabah” klubu olub. Sözügedən komanda finalda “Qarabağ”la oyundan qalib ayrılmaqla tarixində ilk zəfərini yaşamışdı – 3:2.