Bakı. Trend:
"Vilyarreal" "Çelsi"nin müdafiəçisi Renato Veyqanı transferetmək istəyir.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
La Liqa təmsilçisi portuqaliyalı futbolçu ilə şəxsi müqaviləninşərtlərini razılaşdırıb.
London klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 35 milyon avrotəzminat tələb edir. Klublar arasında danışıqlar davam edir.