"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Salzburq" forması geyinən Dorgeles Neneni rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-lacivərdlilər" 22 yaşlı malili hücumçu ilə 5 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.
Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.
Ronaldo “Əl-Nəsr”lə ilk kubokunu qazandı - YENİLƏNİB
"Bayer" "Mançester Siti"nin futbolçusunu heyətinə qatır
"Liverpul" Tsimikas ilə yollarını ayırır
Okafor “Lids” yolunda
Vinisius "Real"la razılığa gəlmir: Danışıqlar dayandırıldı