AZ

Gəncədə 15 yaşlı oğlan öldürülüb, həmyaşıdı tutulub

Gəncədə qətl hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.

Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
38
6
aznews.az

10Mənbələr