AZ

Fransa Azərbaycana yeni səfir təyin etdi

Fransa Azərbaycana yeni səfir təyin edib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Səfirliyi sosial mediada paylaşım edib.

Məlumata görə, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Yeni səfir Sofi Laqut özü də bununla bağlı sosial media hesabında paylaşım edib.

“Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonın yolunu davam etdirərək icra edəcəyəm.

Fransanın Azərbaycandakı səfirliyinin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, - diplomat qeyd edib.


Seçilən
104
26
news24.az

10Mənbələr