AZ

Erik Bayi “Vilyarreal”ı “Real Ovyedo”ya dəyişdi

Bu yay İspaniyanın “Vilyarreal” klubundan azad agent kimi ayrılmış Kot-d’İvuar millisinin müdafiəçisi Erik Bayi “Real Ovyedo”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmiş 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Erik Bayi “Vilyarreal”a ötən mövsümün əvvəlində Türkiyənin “Beşiktaş” klubundan azad agent kimi ayrılaraq keçmişdi. Afrikalı futbolçu karyerasında ikinci dəfə “Vilyarreal”la müqavilə bağlamışdı. O, 2015-ci ilin yanvarından 2016-cı ilin iyul ayına qədər də La Liqa təmsilçisində çıxış etmişdi. Mərkəz müdafiəçisi bu komandada bütövlükdə 72 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Bayi daha öncə “Mançester Yunayted”, “Espanyol”, “Olimpik” (Marsel) və “Beşiktaş” klublarının da uğurları üçün çalışıb. O, ölkəsinin yığma komandasında da 49 oyuna 2 qol vurub.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
49
arena.az

1Mənbələr