AZ

ABŞ Ukraynaya qoşun yerləşdirməyəcək

ABŞ

Amerika Birləşmiş Ştatları təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun yerləşdirməyəcək.

Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

“Amerika qoşunları Ukrayna ərazisinə yerləşdirilməyəcək. Lakin biz, şübhəsiz ki, koordinasiyaya kömək edə bilərik və bəlkə də avropalı müttəfiqlərimizə təhlükəsizliyin təmin edilməsi üçün başqa vasitələr təqdim edə bilərik”, - Leavitt bildirib

Eyni zamanda o qeyd edib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanəti kimi havadan dəstək verilməsini istisna etmir: “Bu, variantlardan və imkanlardan biridir. Mən əlbəttə ki, prezidentin hərbi variantları baxımından heç nəyi istisna etməzdim”(Report).
Seçilən
40
4
reyting.az

10Mənbələr