AZ

Qarabağ Ferensvaroş a uduzur Yenilənir

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib. 

QOL.az xəbər verir ki, Azərbaycan çempionu "Kəhər atlar" ləqəbli “Qarabağ” da meydana çıxır. 

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağıdır. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürüb. Hazırda UEFA reytinqində macar klubu 59-cu, Azərbaycan çempionu isə 65-ci yeri tutur.

Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

19 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan) - 1:0 (Birinci hissə)

Qol: Varqa, 29

Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)

Budapeşt, “Groupama Arena” 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
12
qol.az

10Mənbələr