AZ

Dubayda pasport yoxlaması SANIYƏLƏRƏ endirilir – sərnişinlər sənədsiz keçəcək!

Dünyanın ən çox sərnişin qəbul edən hava limanlarından biri olan Dubay Beynəlxalq Aeroportu ilk dəfə süni intellektə əsaslanan immiqrasiya koridoru ilə təchiz olunacaq.

Editor.az xəbər verir ki, bu barədə The Times of India məlumat yayıb.

Yeni sistem sərnişinlərə pasport və digər sənədləri göstərmədən, dayanmağa ehtiyac qalmadan pasport kontrolundan yalnız bir neçə saniyəyə keçməyə imkan verəcək. Üz tanıma və sənəd yoxlama prosesi sərnişinlərin kontrol nöqtəsinə çatmamış əvvəlcədən avtomatik həyata keçirilir.

Süni intellekt koridoru eyni anda 10 sərnişini qəbul edə bilir və fiziki sənədlərin tamamilə istifadəsini ləğv edir. Həmçinin, sistem şübhəli sənədlərlə bağlı məlumatları dərhal müvafiq mütəxəssislərə ötürür, təhlükəsizlik protokolları yüksək səviyyədə təmin olunub.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr