AZ

U-17 millimiz Monteneqro yığmasına qalib gəldi

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz hazırlıq çərçivəsində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 65-ci dəqiqədə Onur Əliyev vurub.

Seçilən
36
5
arena.az

6Mənbələr