AZ

ÇL: “Qarabağ”dan inamlı qələbə YENİLƏNİB

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb. 

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olub.

Görüş saat 23:00-da start götürüb.

Ağdam təmsilçisi görüşün ilk hissəsini 0:1 hesabı ilə məğlub başa vurub. Lakin "köhlən atlar" fasilədən sonra toparlanaraq ardıcıl 3 qol vurub və matçı 3:1 hesabı ilə qalib tamamlayıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

19 avqust

23:00. “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) 1:3

Baş hakim: Joau Pedru da Silva Pineyru (Portuqaliya)

Budapeşt, "Qrupama Arena”

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalho, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

"Ferensvaroş": 90. Dibuş (k), 3. Qartenmann, 19. B. Varqa, 22. G. Szalai, 23. Ötvös, 25. Makrekis, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 64. A. Tof, 75. Cosef

Ehtiyat oyunçular: 63. Radnoti, 99. Qrof, 5. Keyta, 7. Arzani, 8. Peşiç, 10. Levi, 16. Zakariassen, 21. Botka, 27. Sisse, 30. Qruber, 33. Kadu, 77. Nagi

Abdullah Zubir: “Bakıya yaxşı nəticə ilə qayıdacağıq”

Qurban Qurbanov: “Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik”

"Ferentsvaroş"un futbolçusu: “Əsas odur ki, öz oyunumuzu oynayaq”

Elçin Məsiyev pley-off matçında

Robbi Kin: "Güclü komanda ilə qarşılaşacağımızı bilirik"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
32
apasport.az

10Mənbələr