AZ

Qazaxıstanda sürücü dəhşət saçdı: avtomobili uşaqların üzərinə sürdü

Qazaxıstanın Abay vilayətinin Urjar rayonunda avtomobil bir qrup uşağın üzərinə sürüb.

Paralel.az xəbər verir ki, insident nəticəsində üç uşaq ölüb, daha üç uşaq isə yaralanıb.

Bildirilir ki, Besterek kəndində 55 yaşlı “Toyota” sürücüsü idarəetməni itirərək yolun 10 metrliyindəki evin darvazasının qarşısında olan uşaqları vurub.

"Hadisə nəticəsində iki uşaq yerindəcə, biri tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib. Daha üç azyaşlı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib", - Urjarski rayon polis idarəsindən bildiriblər.

Sürücünün saxlanıldığı qeyd edilib. Ekspertiza onun qəza zamanı ayıq olduğunu göstərib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi göyərtəsində reanimatoloq, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadası ilə qəza zamanı xəsarət alan uşaqlara tibbi yardım göstərmək üçün hadisə yerinə gedib.

Seçilən
56
10
paralel.az

10Mənbələr