AZ

ÇL: “Brügge” və “Pafos” da səfərdə sevindilər

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın səfərdə “Ferentsvaroş” (Macarıstan) üzərində əzmkar qələbəyə sevindiyi gündə digər meydan sahibləri də qələbəyə həsrət qalıblar. Belə ki, “Srvena Zvezda” Serbiyada Kipr “Pafos”una, “Reyncers” isə Şotlandiyada Belçika çempionu “Brügge”yə məğlub olub.

ÇL-in pley-off mərhələsinin qalan oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
19 avqust

Srvena Zvezda (Serbiya) – Pafos (Kipr) 1:2
Ferentsvaroş (Macarıstan) – Qarabağ (Azərbaycan) 1:3
Reyncers (Şotlandiya) – Brügge (Belçika) 1:3

20 avqust

23:00. Bazel (İsveçrə) – Kopenhagen (Danimarka)
23:00. Bodo Qlimt (Norveç) – Şturm Qras (Avstriya)
23:00. Seltik (Şotlandiya) – Kayrat (Qazaxıstan)
23:00. Fənərbağça (Türkiyə) – Benfika (Portuqaliya)

Seçilən
55
38
arena.az

10Mənbələr