Macarıstanın “Ferentsvaroş” klubunun prezidenti Qabor Kubatov “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, funksioner bununla bağlı sosial şəbəkə hesabında yazıb:
“Qarabağ”ı təbrik edirəm. Bu gün hər şeyi düzgün etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferentsvaroş”.
Qeyd edək ki, “Qarabağ” Budapeştdə keçirilən ilk matçda “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edib. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.