AZ

"Ferentsvaroş"un prezidenti "Qarabağ"ı təbrik edib - FOTO

Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov "Qarabağ"ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, klub rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağ"ı təbrik edirəm. Bu gün hər şeyi doğru etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, "Ferentsvaroş!", - deyə Kubatov vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Budapeştdə keçirilən ilk matçda "Ferentsvaroş"u 3:1 hesabı ilə qalib gəlib. Cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.

İdman.biz

Seçilən
4
4
idman.biz

5Mənbələr