AZ

“Ferentsvaroş” klubunun prezidenti “Qarabağ”ı təbrik etdi

Macarıstanın “Ferentsvaroş” klubunun prezidenti Qabor Kubatov Azərbaycanın “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Qarabağ”ı təbrik edirəm. Bu gün hər şeyi düzgün etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferentsvaroş!””

Qeyd edək ki, “Qarabağ” Budapeştdə keçirilən ilk matçda “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edib.

Seçilən
3
6
konkret.az

7Mənbələr