AZ

Qarabağ ın qələbəsi Azərbaycanın qazancını artırdı UEFA reytinqi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşləri start götürüb.

Fanat.Az-ın məlumatına görə, ötən gecə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Macarıstan "Ferentsvaroş"unu səfərdə 3:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal isə 2.375-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.500-ə bərabərdir. Qitə sıralamasında 28-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 18,375 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,725-dir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
9
fanat.az

10Mənbələr