AZ

İspaniyada istilər nəticəsində 2600-dən çox insan ölüb

İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub.

Day.Az xəbər verir ki, mayın 15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635 vaxtından əvvəl ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

 

Ölüm hadisələrinin təxminən yarısı - 1149 nəfər - avqustun 3-dən 18-dək davam edən isti günlərdə baş verib.

Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəri isə kişidir.

Seçilən
22
4
day.az

5Mənbələr