AZ

PSJ-nin sabiq qapıçısı Parisin başqa klubuna keçib

Fransanın PSJ və Almaniyanın "Ayntraxt" komandasının sabiq qapıçısı Kevin Trappın yeni klubu müəyyənləşib.

"Report" xəbər verir ki, 35 yaşlı qolkiper Liqa 1-ə vəsiqə qazanmış "Paris"ə keçib.

Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, almaniyalı oyunçu 2024/2025 mövsümündə "Ayntraxt"ın heyətində 36 matça çıxıb.

Seçilən
39
1
report.az

5Mənbələr