BAKI, 20 avqust. TELEQRAF
Gədəbəy rayonunun Zəhmətkənd kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və damına yığılan 6 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.