AZ

Qırğızıstanda nazir müavini ətin bahalaşmasına görə həbs edilib


Qırğızıstanda nazir müavini həbs edilib. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini korrupsiyada şübhəli bilinərək ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Nazir müavini və nazirliyin baytarlıq xidmətinin direktoru kənd təsərrüfatı heyvanlarının ixracına kvotaların verilməsində korrupsiya sxemi təşkil etdiklərinə görə saxlanılıblar. Şübhəlilərin adları istintaqın maraqları baxımından açıqlanmır.

Qeyd olunub ki, 2025-ci ilin iyulunda Qırğızıstan hakimiyyəti daxili bazarda ətin qiymətlərini tənzimləmək üçün mal-qaranın ixracına kvota tətbiq edib. Lakin saxlanılanlar faktiki olaraq heyvandarlıqla məşğul olmayan tabeliyində olan şəxslərə qanunsuz kvota verilməsi üçün korrupsiya sxemi təşkil ediblər.

Mətləb Salahov

Seçilən
75
7
baki-xeber.com

10Mənbələr