AZ

Mask partiya yaradılması planını təxirə saldı


“İlon Mask biznesə diqqəti cəmləmək və Respublikaçılar Partiyasından səs almamaq üçün yeni siyasi partiyanın yaradılmasını təxirə salıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Maskın qərarında əsas amillərdən biri onun MAGA (“Make America great again” - “Amerikanı yenidən möhtəşəm etmək”) siyasi hərəkatının potensial varisi hesab edilən vitse-prezident J.D.Venslə yaxşı münasibətlər saxlamaq istəyidir:
“Mask etiraf edir ki, üçüncü tərəf yaratmaq onun vitse-prezidentlə münasibətlərinə xələl gətirəcək”.
Mənbələr bildirirlər ki, Mask 2028-ci ildə Vensin prezidentliyə namizədliyini irəli sürmək qərarına gələrsə, onu dəstəkləmək üçün maliyyə imkanlarından istifadə etməyi düşünür.
Seçilən
52
11
yeniavaz.com

10Mənbələr