AZ

Deportasiya edildilər, avtobusda diri diri yandılar 71 ölü

Olke.az saytına istinadən ain.az xəbər verir.

İrandan Əfqanıstana deportasiya edilən miqrantları daşıyan avtobus toqquşma nəticəsində qəzaya uğrayaraq yanıb.

Ölkə.az xəbər verir ki, Əfqanıstanın Herat vilayətinin mədəniyyət və informasiya direktoru Əhmədullah Müttəki X sosial media platformasında qəza ilə bağlı  məlumat verib.

Müttəki bildirib ki, İrandan deportasiya edilən miqrantları daşıyan avtobus motosiklet və yük maşını ilə toqquşub. Toqquşmadan sonra avtobus yanıb, 71 nəfər həlak olub.

“Tolonews”un verdiyi məlumata görə, toqquşma nəticəsində avtobusun alovlandığını və onlarla insanın həyatını itirib.

Qəzada həyatını itirənlərin dəqiq sayı ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
3
olke.az

4Mənbələr