AZ

Son 4 il ərzində ölkədə sabit genişzolaqlı internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 3 milyona çatıb - Nazir müavini

Bakı. Trend:

Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətliinternetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfəartaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabitgenişzolaqlı internetlə əhatəsi tam təmin edildi.

Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniSamir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramınınyekun təqdimat günündə deyib.

O bildirib ki, bu layihə internet infrastrukturunuyaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıranstrateji addımlardan biri oldu:

"Yüksəksürətli internetin yayılması Azərbaycanda texnoparklarınfəaliyyət imkanlarını texniki cəhətdən genişləndirib. Belə ki,2025-ci ilin yanvar–avqust ayları ərzində 2-si xarici olmaqla,ümumilikdə 26 hüquqi şəxsə texnopark rezidentliyi statusuverilmişdir. Bundan əlavə, 2023-cü ildə “Texnologiyalar Parkıhaqqında nümunəvi Əsasnamə”yə edilmiş dəyişikliklərdən sonra 8-ixarici olmaqla, ümumilikdə 144 hüquqi şəxsə texnoparkdan kənarfəaliyyət üçün rezidentlik statusu təqdim olunmuşdur.

Onu da qeyd edim ki, texnoparkdan kənar fəaliyyət göstərmək üçünrezidentlik əldə etmiş hüquqi şəxslərin bizneslərinin inkişafınadəstək vermək məqsədilə onlardan müvafiq statistik məlumatlartoplanmış və həmin məlumatlara əsaslanaraq dəstək mexanizmininnövbəti mərhələləri planlaşdırılmışdır. Bu çərçivədə sözügedənşirkətlərin böyüməsinə və ixrac potensialının artırılmasına töhfəverəcək layihələrin həyata keçirilməsi nəzərdə tutulur".

Nazir müavini qeyd edib ki, son illərdə ölkənin innovasiyaekosistemində geniş miqyaslı işlər görülüb: "İRİA-nın dəstəyi iləson 3 ildə müxtəlif inkubasiya və akselerasiya proqramları,hakatonlar və ideatonlar təşkil edilib, bu çərçivədə 600-dən çoxstartap dəstəklənib və onların əhəmiyyətli bir hissəsi – 275-dənçoxu – öz ideyalarını minimum işlək məhsul mərhələsinə qədərinkişaf etdiriblər. Bu prosesdə regionlarımız, universitetlər, həmyerli, həm də xarici tərəfdaşlar fəal iştirak edib, nəticədəstartaplarımız elektron ticarət, səhiyyə texnologiyaları, təhsiltexnologiyaları, aqrotexnologiya, maliyyə texnologiyaları, ekolojitəmiz texnologiyalar, əşyaların interneti, böyük verilənlərin emalıvə oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə etməyibacarıblar.

Bununla yanaşı, Azərbaycanda vençur kapital mexanizmlərinininkişafı da mühüm mərhələyə qədəm qoyub. Son illərdə yaradılmışmüxtəlif fondlar vasitəsilə ümumilikdə 15 milyon ABŞ dollarındançox kapital formalaşdırılıb, bu fondlar artıq 2,2 milyon ABŞdollarından çox sərmayəni regionda fəaliyyət göstərən startaplarayönəldiblər".

Seçilən
10
1
az.trend.az

2Mənbələr