AZ

Xameneyinin müşaviri Putini təhqir edib-"Minsifətli adam"

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayətinin tviti geniş müzakirələrə səbəb olub.

"Güclü və qədim İran xalqının qürurlu tarixi göstərir ki, bu insanlar öz milli təhlükəsizlikləri ilə bağlı sövdələşməyə heç vaxt icazə verməyəcək",-deyə  yazan Vilayətinin son həştəqdə kimi nəzərdə tutduğuna dair mübahisələr başlayıb.

Xameneyinin müşavirin "X" sosial şəbəkəsindəki vurğunun  Vladimir Putinə aid olduğuna dair rəylər üstünlük təşkil edir.

Bir çoxları Rusiya Prezidentinin sammitdən sonra Donald Tramla birgə mətbuat konfransında jurnalistlər qarşısında göstərdiyi mimikalara istinad edərək Əli Əkbər Vilayətinin məhz Putini "minsifətli adam" adlandırdığını düşünür.

"Cebheinfo.az"

Seçilən
32
2
cebheinfo.az

7Mənbələr