AZ

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sumqayıt İnnovasiya Mərkəzi ölkə üzrə formalaşmaqda olan innovasiya şəbəkəsinin keyfiyyət baxımından növbəti mərhələsidir. Belə ki, cari ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması, həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirmə laboratoriyasının təsis edilməsi nəzərdə tutulub. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.

“Məqsəd nəinki Bakıda, eləcə də regionlarda startap ekosisteminin güclənməsini infrastruktur, maliyyə, insan kapitalı və texnoloji icma quruculuğu istiqamətlərində dəstəkləməkdir.

Regionlarda innovasiya fəaliyyətinin genişlənməsi gənclər arasında innovativ sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə və bunun da növbəsində hər regionun spesifikasından asılı olaraq sosial-iqtisadi artımına səbəb olur. Bölgələrdə reallaşdırılan İnnostart, “4ü1arada” (dördü bir arada) və elektron ticarətin inkişafına yönəlmiş “ecomX” kimi digər layihələrin təməl məqsədi məhz budur”, - deyə nazir müavini əlavə edib.

Samir Məmmədov vurğulayıb ki, “ecomX” layihəsində Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və ətraf ərazilərdən 500-dən çox vətəndaş iştirak edib. Layihə çərçivəsində elektron ticarət haqqında maariflənmə proqramı və inkubasiya proqramı keçirilib, 15 yeni e-ticarət platformasının formalaşdırılmasına nail olunub. Proqramın yekununda həyata keçirilmiş “Demo Day” tədbirində layihələrin inkişaf etdirilməsi üçün komandalara 30 min manat dəyərində pul mükafatı təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
4
sia.az

5Mənbələr